Albert Eynşteyn Tibb Kollecinin alimləri ilk dəfə olaraq müəyyən ediblər ki, glioblastoma - beynin ən aqressiv və təhlükəli xərçəngi təkcə beyni deyil, həm də kəllə sümüklərini zədələyir.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri Nature Neuroscience jurnalında dərc olunub.
Əvvəllər hesab olunurdu ki, bu şiş yalnız beyni təsirləndirir. Cərrahi müdaxilə, kimyəvi və şüa terapiyasına baxmayaraq, glioblastoma diaqnozu qoyulan xəstələrin orta ömür müddəti cəmi 15 aydır.
Yeni araşdırma göstərib ki, glioblastoma kəllə sümüklərini, xüsusilə onların birləşmə nöqtələrini dağıdır və bu sümüklərin içindəki sümük iliyinin tərkibini dəyişir.
“Sümük iliyində qan hüceyrələri, o cümlədən immun hüceyrələr yaranır”, - alimlər izah ediblər.