AZ

BMT nin komitə iclasında Azərbaycanın sosial iqtisadi sahədəki uğurlarından bəhs edilib

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən Üçüncü Komitənin ("Sosial inkişaf") iclasında Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində həyata keçirdiyi tədbirlər, o cümlədən Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində əldə edilən irəliləyişlər barədə məlumat verilib.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şahriyar Haciyev çıxış edib.

O qeyd edib ki, Azərbaycanda vətəndaşların rifahının, sosial müdafiəsinin və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlər mütəmadi olaraq həyata keçirilir.

"Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proqramı müəyyən edilmiş milli prioritetlərə uyğun kompleks tədbirləri nəzərdə tutur. Azərbaycan 2024-cü ildə təqdim etdiyi dördüncü Könüllü Milli İcmal vasitəsilə 2021-2024-cü illər üzrə milli öhdəlikləri barədə ətraflı məlumat verib və 2030-cu ilədək olan Gündəliyə daxil edilmiş DİM-lərə doğru irəliləyişi nümayiş etdirib", - deyə Ş.Haciyev vurğulayıb.

O xatırladıb ki, son 10 ildə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda aylıq minimum əməkhaqqı 3,3 dəfə, minimum pensiya məbləği isə 2,4 dəfə artıb.

Diplomat həmçinin Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində əldə etdiyi irəliləyişlərdən bəhs edib.

"Hökumətin bu proses üzrə prioritetləri mina təmizlənməsi, infrastrukturun inkişafı, iqtisadi və sosial bərpa, eləcə də ətraf mühitin davamlılığını əhatə edir. Mina təmizlənməsi, partlayıcı sursatların riskləri ilə bağlı maarifləndirmə və zərərçəkmişlərə dəstək də daxil olmaqla, mina fəaliyyəti sahəsində təcili ehtiyacı nəzərə alaraq Azərbaycan 18-ci Milli DİM-i qəbul edib. Təəssüf ki, münaqişədən sonrakı dövrdə Azərbaycanda mina qurbanlarının sayı 409 nəfərə çatıb ki, bu da bu sahədə hesabatlılığın artırılmasını və adekvat beynəlxalq yardımın göstərilməsini tələb edir", - deyə Şahriyar Haciyev vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
2
oxu.az

10Mənbələr