AZ

Batumi Beynəlxalq Hava Limanı bir milyonuncu sərnişini qəbul edib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Tbilisi, 10 oktyabr, AZƏRTAC

Aleksander Kartveli adına Batumi Beynəlxalq Hava Limanı bu il milyonuncu sərnişininə xidmət göstərib və bu, rekord nailiyyətdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi və Batumi hava limanlarını idarə edən “TAV Georgia” məlumat yayıb.

Bildirilir ki, Batumi Hava Limanında milyonuncu sərnişin övladları ilə Gürcüstana səfər edən Almaniya vətəndaşı olub.

TAV Georgia-nın hesablamalarına görə, ilin sonuna kimi Batumi Hava Limanının sərnişin dövriyyəsi bütün zamanların rekordunu qıraraq 1 milyon 200 min nəfərə çatacaq.

Qeyd olunub ki, 2025-ci ilin avqustunda sərnişin artımı görünməmiş şəkildə baş verdi. Batumi hava limanı tarixində ilk dəfə olaraq bir ay ərzində 213.636 sərnişinə xidmət göstərib. Avqustun 24-ü həm də tarixi gün olub. Həmin gün hava limanı 9000 sərnişinə xidmət göstərib və 35 uçuş həyata keçirib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
1
azertag.az

2Mənbələr