Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə səfər etdikləri zaman tibbi sığortadan yararlanıb-yararlana bilməyəcəkləri ilə bağlı mətbuatda məlumat yayılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) bildirib ki, icbari tibbi sığorta sistemi bütün Azərbaycan Respublikası ərazisində tətbiq olunur. Qurumun məlumatına görə, xaricdə yaşayan Azərbaycan vətəndaşları ölkəyə səfər etdikləri zaman Agentliyin Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən yararlana bilirlər.Vətəndaşlar tibbi sığortanın hansı imkanlarından yaralana biləcəklər?
Məsələ ilə bağlı İcbari Tibbi sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları sığortaolunan hesab edilir:
"Vətəndaşlar şəxsiyyət vəsiqəsilə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisəsələrinə və Səhiyyə Nazirliyinin tabeliyindəki 9 elmi-tədqiqat institutu və mərkəzinə yaxınlaşaraq icbari tibbi sığortanın "Xidmətlər Zərfi"nə daxil olan tibbi xidmətlərdən yararlana bilərlər. "Xidmətlər Zərfi" icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
İlkin səhiyyə xidmətləriTəcili və təxirəsalınmaz tibbi xidmətlərİxtisaslaşdırılmış ambulator xidmətlərFizioterapiya xidmətləriLaboratoriya xidmətləriİnvaziv radioloji xidmətlərCərrahi tibbi xidmətlərStasionar terapevtik xidmətlər göstərilir.
Vətəndaşlar "Xidmətlər Zərfi"nə daxil olan 3315 tibbi xidmətdən istifadə edə bilərlər".
Günel Həsənova, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.