AZ

Mərkəzi Bank "MPay" MMC-yə icrası məcburi göstəriş verdi

BAKI, 9 oktyabr. TELEQRAF

Mərkəzi Bank "Mpay" MMC-yə icrası məcburi göstəriş verib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Məlumata görə, AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci və 5.1-ci maddələrində nəzərdə tutulan fəaliyyətlərdən kənar xidmətlərin göstərilməsinin dayandırılması barədə “Mpay” MMC-yə icrası məcburi olan göstəriş verilib.

Seçilən
15
4
teleqraf.com

7Mənbələr