AZ

Mədəniyyət Nazirliyi Əminə Yusifqızının vəfatı ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi Xalq artisti Əminə Yusifqızının vəfatı ilə bağlı nekroloq yayıb.

Publika.az xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı 2025-ci ilin 9 oktyabr tarixində, ömrünün 89-cu ilində vəfat edib.

Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. O, məktəbli yaşlarından səhnə sənətinə böyük maraq göstərib. 1958-1964-cü illərdə Gənc Tamaşaçılar Teatrında, 1974-cü ilədək Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. "Anacan" (Y.Əzimzadə), "Son məktub" (R.İsmayılov), "Söz yarası" (Q.Rəsulov), "Ana tarla" (Ç.Aytmatov), "Şeytanın şagirdi" (B.Şou) və s. tamaşalarda maraqlı obrazlar yaradıb.

1974-cü ildə "Azərbaycanfilm" kinostudiyasında işə başlayan Əminə Yusifqızı "Şərikli çörək", "Sən niyə susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. filmlərdə, eləcə də televiziya tamaşalarında çəkilib. Çoxsaylı filmlərin dublyajında uğurla iştirak edib, kino qəhrəmanlarını öz məlahətli səsi ilə tamaşaçılara sevdirib.

Seçilən
142
21
publika.az

10Mənbələr