AZ

"Kəpəz" məşqlərə start verir - Sabiq futbolçusu da düşərgədədir

"Kəpəz" bu gün məşqlərini bərpa edəcək.

Fanat.Az-ın məlumatına görə, komanda çalışmalara dünən start vermək niyyətində olsa da, 3-cü MDB oyunlarının bağlanış mərasimi səbəbindən 1 gün gözləmək mıcburiyyətində qalıb.

Yeri gəlmişkən, artıq Gəncə təmsilçisi ilə bu yay yolları ayıran müdafiəçi Rauf Hüseynli də komandanın düşərgəsindədir. "Kəpəz"in bugünkü məşqi saat 16:30-da başlayacaq.

Xatırladaq ki, "sarı-göylər" Misli Premyer Liqasında keçirdikləri ilk 7 matçda xal qazana bilməyiblər. Komandanı hazırda köhnə-yeni baş məşqçisi Azər Bağırov çalışdırır. O, 6-cı turdan sonra istefaya göndərilən Adil Şükürovu əvəzləyib.

Nihat
 

Seçilən
52
2
fanat.az

3Mənbələr