Bakı. Trend:
"Elçe"nin yarımmüdafiəçisi Rodriqo Mendosa La Liqada klubunudəyişə bilər.
Trend xəbərverir ki, "Real" ispaniyalı futbolçunu transfer etmək istəyir.
"Kral klubu"nun baş məşqçisi Xabi Alonso Mendosanın Çilidəkeçirilən U-20 dünya çempionatında İspaniya millisinin heyətindəgöstərdiyi performansını bəyənib. "Real" 20 yaşlı oyunçunu gələnilin yayında heyətinə qatmağa çalışacaq. Onun klubu iləmüqaviləsində 24 milyon avroluq sərbəstqalma məbləği yer alıb.
Qeyd edək ki, Rodriqo Mendosa "Elçe"nin yetirməsidir. Gəncyarımmüdafiəçi bu mövsüm La Liqa təmsilçisinin heyətində meydanaçıxdığı 5 rəsmi matçda 1 qol vurub.