AZ

Makron oktyabrın 10-u yeni Baş nazirin adını açıqlayacaq

Fransa prezidenti Emmanuel Makron ölkənin yeni Baş nazirinin adını oktyabrın 10-u axşama qədər açıqlayacaq. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı məlumatı Fransanın yeni istefa verən Baş nazir Sebastien Lekornu deyib.

"Parlamentdə kompromis üçün imkanlar var. Milli Assambleyada mütləq çoxluq yeni buraxılışın əleyhinədir", - o bildirib.

Qeyd edək ki, oktyabrın 6-da Fransanın Baş naziri Sebastien Lecornu təyinatından bir ay keçməmiş vəzifəsindən istefa verib. 

Məlumata görə, qərara onun elan etdiyi yeni hökumətin, xüsusən də sağçı partiyaların sərt tənqidi səbəb olub.

Seçilən
21
1
operativmm.az

2Mənbələr