AZ

Türkiyənin kruiz turizmində son 12 ilin rekordu qeydə alınıb

Türkiyədə bu ilin avqust ayının sonunadək ölkənin 18 kruiz limanı ümumilikdə 1,5 milyon sərnişin qəbul edib. Bu göstərici son 12 ilin ən yüksək nəticəsi olmaqla, Türkiyənin beynəlxalq kruiz turizmində yüksələn mövqeyini bir daha təsdiqləyir.

"APA-Economics" xəbər verir ki, 2025-ci ilin ilk səkkiz ayının yekunlarına görə, kruiz gəmilərinin sayı ötən illə müqayisədə 17 faiz artaraq 878-ə çatıb (2024-cü ildə 753). Sərnişin sayı 2023-cü illə müqayisədə 56 faiz, 2024-cü illə müqayisədə isə 18 faiz artım nümayiş etdirib. Yalnız avqust ayında 357 min 646 sərnişin qəbul olunub ki, bu da bütün dövrlərin ən yüksək aylıq göstəricisi kimi qeydə alınıb.

Seçilən
19
13
demokrat.az

10Mənbələr