AZ

“Aston Villa”nın futbolçusu baldırından zədələndi

İngiltərənin “Aston Villa” klubunun futbolçusu Yuri Tilemans baldır nahiyəsindən zədələnib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna görə də yarımmüdafiəçi daha beş həftə yaşıl meydanlardan kənarda qalacaq.

Xatırladaq ki, 28 yaşlı belçikalı oyunçu sentyabrın 13-də “Everton”la heç-heçə etdiləri (0:0) matçda sıradan çıxıb.

Tibbi müayinələr ilkin olaraq sağalması gec olan əzələ zədəsi aşkarlayıb.

Qeyd edək ki, Yuri Tilemans 2023-cü ildən Premyer Liqa təmsilçisinin formasını geyinir.

"Cebheinfo.az" 

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr