AZ

SOCAR-ın “Azəriqaz” İB şəhidin xatirəsini yad edib

2020-ci il Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizdən biri də Zaur Mədətovdur.  Zaur Mədətov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

“İki sahil” xəbər verir ki, oktyabrın 8-də şəhidlik zirvəsinə ucalıb. Bu məqsədlə SOCAR-ın “Azəriqaz” İB-nin aparat rəhbər Zaur Qəribov, Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov və Birliyin digər rəhbər şəxsləri şəhidimizi bir zamanlar yaşadığı ünvanda doğmaları ilə birgə anıblar. SOCAR-ın “Azəriqaz” İB-nin əməkdaşı, şəhidimizin atası Kamal Mədətov övladı ilə hər zaman fəxr etdiyini, göstərilən diqqətə görə Birlik rəhbərliyinə minnətdarlığını bildirib. Zaur Mədətovun keçdiyi həyat yolu yad edilərək onun yaşadığı küçədə atası tərəfindən inşa edilən şəhid bulağında xatirəsi ehtiramla anılıb.

Seçilən
69
ikisahil.az

1Mənbələr