Kenan Yıldız və "Yuventus" klubu arasında müqavilə müddətini uzatmaq üçün danışıqlar yavaş irəliləyir.

Offsideplus.az xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi razılığın əldə olunacağı barədə nikbin olsa da, tərəflər hələ də ortaq məxrəcə gələ bilməyib.

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Əsas problem isə məvacib məsələsidir. "Yuventus" türkiyəli futbolçuya bonuslarla birlikdə illik 5 milyon avro maaş təklif edir. Kenanın atası Engin Yıldız isə oğlunun artan performansına görə daha yüksək bir məbləğ tələb edir.

K. Yıldız 2023-cü ildən etibarən "qoca sinyora"nın əsas üzvlərindən biridir.