AZ

"Real Madrid"in gənc ulduzu Premyer Liqa yolunda

İngiltərənin “Vest Hem” klubu “Real Madrid”lə transfer danışıqlarına başlayıb.

Fanat.Az xəbər verir ki, məqsəd İspaniya nəhənginin gənc ulduzu Endriki heyətə cəlb etməkdir.

Məlumata görə, braziliyalı forvardın xidmətində yalnız İngiltərə təmsilçiləri deyil, “Valensiya” və “Real Sosyedad” klubları da maraqlıdır.

“Kral klubu” hələ ki, Endriki satmaq niyyətində deyil, amma rəhbərlik onun icarəyə verilməsi variantını nəzərdən keçirə bilər. Bu səbəbdən “Vest Hem” və digər iddiaçılar qış transfer pəncərəsində rəsmi təklif göndərməyə hazırlaşırlar.

Endrik 2024-cü ilin yayında “Real Madrid”ə transfer olunub və gələcəyin böyük ulduzu kimi dəyərləndirilir.

Kamil Xudiyev

Seçilən
46
fanat.az

1Mənbələr