Hindistanın Madxya Pradeş əyalətində öskürək siropu 21 uşağın həyatına son qoyub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölümlər nümunələrində zəhərli maddələrin olduğu aşkarlanan öskürək siropu "Coldrif"in istehlakı ilə bağlıdır.
Bunun fonunda, əyalət polisi "Coldrif" öskürək siropunun istehsalçısı "Sresan Pharmaceuticals"ın sahibini həbs edib. Onun həbsindən sonra şirkət həmişəlik bağlanıb.
Müəssisədə aparılan yoxlama zamanı sirop nümunələrində qətran, boya, lak, mürəkkəb və yapışqan istehsalında istifadə olunan toksik komponent dietilenqlikol aşkar edilib. Şirkətin dərman vasitəsinə icazə verilən 0,1% həddi əvəzinə 46-48% zəhərli maddə əlavə etdiyi müəyyən edilib.
Gülayə Mecid
.webp) 
                        