AZ

Ronaldo dünyanın ilk milyarder futbolçusu oldu!

40 yaşı olmasına rəğmən hələ də klub və yığma səviyyəsində qollarını sıralayan Kriştiano Ronaldo ilə bağlı maraqlı xəbərlər var.

"Football-plus.az" xəbər verir ki, ''Əl-Nəssr'' və Portuqaliya yığmasının superulduzu bu günlərdə ''Globo Prestigio'' adlı xüsusi mükafat alıb. O, yığma komandada 22 il forma geydiyinə görə bu mükafata layiq görülüb. Ronaldonun indiyə qədər Portuqaliya yığmasında 223 oyuna 141 qol vurduğunu və 1 Avropa Çempionatı, 2 Millətlər Liqası olmaqla 3 titul qazandığını bildirək.

Bu arada Kriştiano dünyanın ilk milyarder futbolçusu kimi tarixə düşüb. Məlum olduğu kimi ''Qızıl top''un beşqat qalibi iyunda ''Əl-Nəssr'' ilə yeni müqavilə imzaladı. Həmin anlaşmaya əsasən Ronaldonun illik qazancı 400 milyon dolları ötəcək. Məhz bunun sayəsində Ronaldo ilk dəfə ''Bloomberg'' tərəfindən açıqlanan milyarderlərin siyahısına düşüb.

Xəbərdə qeyd olunub ki, Ronaldonun sərvətinin böyük hissəsini karyerası ərzində qazandığı maaş təşkil edir. O, 2002-2023-cü illərdə 550 milyon dollardan çox maaş qazanıb. Həmin illərdə o əvvəlcə ''Nayk'' şirkəti ilə ili 18 milyon dollardan olmaqla 10 illik müqavilə imzaladı. Daha sonra''Armani'' və ''Kastrol'' kimi şirkətlərlə əməkdaşlıq edərək sərvətini daha 175 milyon dollar artırdı. 2023-cü ildə Səudiyyə Ərəbistanına yollanması ona 200 milyon dollar maaş və 30 milyon dollar imza parası qazandırdı.

''Bloomberg''in açıqladığı siyahıya inansaq, futbolçular arasında ikinci pillədə Lionel Messi qərarlaşıb. Argentinalı ulduz karyerası ərzində 600 milyon dollar qazanıb.

Maraqlıdı ki, sırf maaşları müqayisə etsək, 2023-dən bu yana Ronaldonun qazancı Messinin qazancını 10 dəfə üstələyir!

Seçilən
28
football-plus.az

1Mənbələr