AZ

"ChatGpt" köməyi ilə lotereyada 2 milyon udan şəxs xəstəxanalıq olub

"ChatGPT"dən istifadə edərək lotereyada qalib gələn 39 yaşlı Böyük Britaniya sakini Adam Lopez mükafatı qazandıqdan sonra bədbəxt hadisə ilə üzləşib.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, Lopez qazandığı 2 milyonu dayanmadan əyləncələrə xərcləyib və bu həyat tərzi onu ölümün qapısına aparıb.

Qeyd edək ki, o bir səhər yuxudan oyananda düzgün yeriyə və nəfəs ala bilmədiyini hiss edib. Xəstəxanaya çatdırılan Lopezin ağciyərlərində qan laxtasının əmələ gəldiyini aşkarlanıb.

"Qazanmaq mənə heç vaxt yaşamadığım həyatı yaşamağa imkan verdi. Ancaq düşünürəm ki, bu həyatın mənə verdiyi ən böyük bəla idi",-Loper bildirib.

İlahə QənbərliMissiya.Az

Seçilən
63
1
missiya.az

2Mənbələr