AZ

"Yuventus" türkiyəli ulduzun maaşını 3 dəfə artırmaq istədi, atası razılaşmadı

"Yuventus" yarımmüdafiəçi Kenan Yıldızla müqaviləni uzatmaq üçün ilk addımı atıb.

Publika.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Turin klubu 20 yaşlı türkiyəli futbolçuya yeni sözləşmə təklif edib. Yeni müqaviləyə əsasən, Yıldızın hazırkı maaşı təxminən üç dəfə artırılmalıdır.

Hazırda o, mövsümə görə 1,5 milyon avro qazanır. Yeni təklif bonuslarla birlikdə Kenanı "Yuventus"un ən yüksək maaş alan oyunçularından birinə çevirəcək. Lakin bu şərtlər futbolçunun nümayəndələrini tam qane etmir.

Seçilən
3
publika.az

1Mənbələr