AZ

Müdafiə üzərində işləyirik - Vladimir Putin

Rusiya və Tacikistan müxtəlif sahələrdə, o cümlədən müdafiə və təhlükəsizlik sahələrində sürətlə inkişaf edən etibarlı müttəfiqlərdir.

XəzərNews.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Düşənbədə tacikistanlı həmkarı Emoməli Rəhmonla görüşündə deyib.

"Biz regionda yaranan çətin vəziyyəti nəzərə alaraq daim təhlükəsizlik və müdafiə üzərində işləyirik", - Vladimir Putin qeyd edib. O əlavə edib ki, Rusiya Tacikistanla əməkdaşlığı yüksək qiymətləndirir və bütün müttəfiqlik öhdəliklərini yerinə yetirəcək.

Putin və Rəhmon Rusiya prezidentinin Tacikistana rəsmi səfəri çərçivəsində görüşüblər. Təkbətək danışıqlardan sonra tərəflər geniş tərkibdə görüş keçirəcək.

Xəbər 4 dəfə oxunub.
Seçilən
21
xezernews.az

1Mənbələr