AZ

Netanyahu Trampa zəng edib

Qəzza razılaşmasının elanından qısa müddət sonra İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki,  bu barədə “The Times of Israel” məlumat yayıb.

“The Times of Israel” baş nazirin ofisinə istinadən yazır: “Onlar çox təsirli və isti söhbət etdilər, bir-birlərini bütün girovların azad edilməsinə dair sazişin imzalanmasına dair tarixi nailiyyəti münasibətilə təbrik etdilər”.

"İsrailin Baş naziri səylərinə görə ABŞ prezidentinə təşəkkür edib. ABŞ lideri də öz növbəsində Netanyahunu qətiyyətli liderliyi və hərəkətlərinə görə tərifləyib", - məlumatda qeyd olunub.

Seçilən
53
operativmedia.az

1Mənbələr