AZ

Əli Nağıyev kiberfestival iştirakçılarına müraciət ünvanladı

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) kiberfestivalı keçirilir.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev kiberfestival iştirakçılarına müraciət ünvanlayıb.

Xidmət rəisi tədbirin ölkəmizin kibertəhlükəsizlik ekosisteminin güclənməsinə ciddi töhfə verəcəyini deyib, DTX-nin kibertəhlükəsizlik sahəsində gördüyü önəmli işlərdən söz açıb: “Bu il kritik informasiya infrastrukturlarını hədəf alan bir sıra qlobal kibertəhdid aktorları tərəfimizdən müəyyən edilib və onların kibermüdaxilə cəhdi vaxtında alınıb. Bundan əlavə, kritik informasiya infrastruktur obyektinə qarşı kiberhücum həyata keçirməklə qanunla qorunan məlumatların icazəsiz əldə edilməsində, eləcə də zərərverici proqram təminatlarının qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilən bir sıra şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər”.

Seçilən
24
2
demokrat.az

3Mənbələr