AZ

Qazaxıstan Azərbaycanla “E-KYC sistemi” üzrə təcrübələrini bölüşmək istəyir

Bakı. Trend:

Qazaxıstan Azərbaycanla “Öz Müştərini Tanı” (E-KYC) sistemi üzrəortaq təcrübə mübadiləsi aparmaq niyyətindədir.

Trendxəbər verir ki, bu barədə Qazaxıstan Ödəniş TəşkilatlarıAssosiasiyasının sədr müavini Yulia Salehova "Baku Fintech Forum2025"də məlumat verib.

"İstərdim ki, yalnız banklar deyil, ödəniş xidməti təminatçılarıda “Öz Müştərini Tanı” (E-KYC) sisteminin bir hissəsi olsun.Hazırda bu sistemin Qazaxıstanda tam işləmədiyini görəndə bir aztəəsüflənirəm. Lakin ümid edirəm ki, gələcəkdə bu təcrübəniAzərbaycanla qarşılıqlı şəkildə paylaşa biləcəyik", - Y. Salehovavurğulayıb.

Daha sonra o, Qazaxıstanda tətbiq olunan sandbox təcrübələrinibölüşüb: "Bizim bir sandbox sistemimiz var. Bu sistem bizə müxtəlifhəlləri test etməyə imkan verməli idi. Hazırda həm açıq bankçılıq("open banking"), həm də sandbox sistemi tam gücü ilə işləmirlər.Bunun obyektiv səbəbləri var. Əsas məsələ isə odur ki, bizimtənzimləyicimiz, xüsusilə Milli Bank inkişaf və təkmilləşdirməyəciddi şəkildə sadiqlik göstərir. Amma hər bir transformasiya zamantələb edir və bunu etmək çox çətindir, xüsusilə bazar tam hazırolmadıqda".

Y. Salehova vurğulayıb ki, sandbox onlara texnoloji həlləri testetməyə imkan verib: "Amma daha önəmli olan biznes modellərinisınamaq imkanı oldu, çünki bu heç vaxt yalnız texnikadan ibarətolmayıb. Sandbox bir növ tənzimlənmiş və nəzarət edilən təcrübəidi.

Yaxşı tərəfi odur ki, bütün testlər ciddi nəzarət altında,məhdud miqdarda əməliyyat və müştəri sayı ilə həyata keçirildi. Pistərəfi isə odur ki, bu məhdudiyyətlər səbəbindən qlobal bazaratəsiri qiymətləndirmək mümkün olmadı.
Amma ən önəmli məqam budur ki, bazar iştirakçıları öz fikirləriniçatdırmaq imkanı qazandılar. Tənzimləyicilər bazarın tələblərini,müştəri reaksiyalarını və qaydaların necə inkişaf etməli olduğunugörə bildilər. Hansı boşluqların olduğunu, hansılarının isə aradanqaldırılmalı olduğunu göstərmək imkanı yarandı, çünki həddindənartıq tənzimləmə inkişafı məhdudlaşdırır".

Hazırda Qazaxıstan bazarında bəzi açıq bankçılıq xidmətlərininişlədiyini qeyd edən Yulia Salehova bildirib ki, bu istiqamətdəəsas problem bazarın hazırlığı ilə bağlıdır: "Motivasiya çoxönəmlidir və bunu unutmamalıyıq. Böyük bankların öz infrastrukturuvar və bu infrastruktur bəzən ölkədə qlobal açıq bankçılıqhəllərindən daha yaxşı işləyə bilir. Onlar isə bu açıq bankçılıqsisteminə qoşulmaqda maraqlı deyillər.

Kiçik oyunçular üçün bu sistem yeni müştərilər qazanmaq,məhsullarını inkişaf etdirmək üçün bir şansdır. Amma böyükoyunçular üçün bu, onların istəmədiyi bir rəqabət yaradır. Busəbəbdən hazırda bir neçə xidmət mövcud olsa da, ən böyük banklariştirak etmir və sistem tam miqyasda işləyə bilmir.
Eyni zamanda kiçik oyunçular, məsələn, ödəniş təşkilatları, hələsistemə cəlb olunmayıblar. Böyük oyunçular isə kiçik oyunçularınəvvəlcədən olmayan üstünlüklər əldə etməsini istəmir".

"Beləliklə, deyə bilərik ki, Qazaxıstan bazarı inkişaf edir vəmüsbət addımlar atılır, amma hələ də çoxlu təkmilləşdirilməliistiqamətlər mövcuddur", - deyə Y. Salehova əlavə edib.

Seçilən
85
az.trend.az

1Mənbələr