AZ

Vüsal Xəliləv: QR ödənişlərinin ölkəmizdə standartlaşdırılması ilə bağlı müzakirələr aparılıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Cari ilin yarısına olan statistikaya görə, kart vasitəsilə aylıq dövriyyə 10 milyard manata çatıb".

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov bu gün keçirilən Bakı Fintex Forumu çərçivəsində "Dayanıqlı fintex ekosisteminin qurulması" mövzusunda panel müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, bu, böyük rəqəmdir:

"Bu, ölkənin nağdsız ödənişlərə keçidinin bir nümunəsidir".

Vüsal Xəlilov vurğulayıb ki, eyni zamanda, ani ödənişlər sisteminin istifadəsində artım var:

"Son bir il ərzində "MilliÖn" ödəniş sistemlərinin 10 faizə yaxın həcmini IPS sistemi üzərinə keçirməyə nail olduq, bu rəqəmin artacağını düşünürük.

Eyni zamanda, hazırda üzərində işlədiyimiz layihələrdən biri QR ödənişlərinin ölkəmizdə standartlaşdırılmasıdır. Bununla bağlı müzakirələr olub və düşünürük ki, bu, sektorun inkişafı üçün önəmli addımlardan olacaq".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
66
oxu.az

1Mənbələr