AZ

Tezliklə istefaya göndərilə bilər

Adi Hütter tezliklə istefaya göndəriləcək.

"Football-plus.az" xəbər verir ki, “Monako” rəhbərliyi artıq komanda üçün yeni baş məşqçi axtarışına başlayıb. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, qərarın milli komandaların oyunları ilə bağlı fasilə dövründə veriləcəyi gözlənilir. Komanda son 5 oyunda yalnız 1 qələbə qazanıb və Liqa 1-də 5-ci yerə düşüb. Bu göstəricilər isə rəhbərliyi məşqçi heyətini istefaya yollamağa vadar edir.

Hütter “Monako”ya 2023-cü ilin yayında təyinat alıb. Komanda onun rəhbərliyi altında Fransa çempionatının bürünc və gümüş mükafatçısı olub.

Seçilən
56
1
football-plus.az

2Mənbələr