“Təşkilatçılara peşəkarlıqlarına və diqqətli yanaşmalarına, həmçinin müxtəlif ölkələrdən olan gimnastlara “Heavenly Grace” Beynəlxalq Assosiasiyası uğrunda yarışmaq imkanı verdiyinə görə təşəkkür edirik! Bunun sayəsində daha çox idmançı öz bacarıqlarını nümayiş etdirə bildi.
İştirakçıları uğurlu çıxışlarına görə təbrik edirik! Hər çıxış unudulmazdı. Gimnastlara öz məşqlərini hazırlamağa və turnirə əla formada gəlməyə kömək edən bütün məşqçilərə, xoreoqraflara və mütəxəssislərə təşəkkür edirik!
![]() |
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirilibI VİDEO |
Biz birlikdə bədii gimnastikanın inkişafı üzərində işləməyə davam edəcəyik ki, dünyada getdikcə daha çox gənc istedadlar şans qazansınlar!”, - Kabayeva sosial şəbəkələrdəki paylaşımında vurğulayıb.
Rusiya gimnastları MDB Oyunlarında doqquz qızıl medalın hamısını qazanıblar. Onlardan ikisi “Heavenly Grace” Assosiyasının gimnastı YevaÇevtayevayanın payına düşüb.Azərbaycan gimnastları səkkiz medal qazanıblar: dörd gümüş və dörd bürünc.
Xatırladaq ki, oktyabrın 8-də Gəncə şəhər stadionunda III MDB Oyunlarının bağlanış mərasimi keçirilib.
Sahil İsgəndərov
AzVision.az