Fələstinin HƏMAS hərəkatı bütün israilli girovları azad etməyə razılıq verib.
Teleqraf xəbər verir ki, bu məlumatı “Əl-Cəzirə” telekanalı Fələstin tərəfındən olan mənbəyə istinadla yayıb.
Mənbənin sözlərinə görə, hərəkat həlak olmuş girovların meyitlərinin təhvil verilməsini isə yerli şəraitin uyğun olduğu vaxta qədər təxirə salıb.