AZ

“Real” keçmiş yetirmələrini geri qaytarmağı planlaşdırır

“Real” klubu keçmiş yarımmüdafiəçiləri Nikolas Pas və Çema Andresi müvafiq olaraq “Komo” və “Ştutqart”dan geri qaytarmağı düşünür.

90deqiqe.Az "AS"a istinadən xəbər verir ki,  “kral klubu”nun əsas narahatlığı Orelien Tçuameninin əvəzedicisinin olmamasıdır və buna görə akademiyasının yetirmələrini geri almağa hazırdır. Madrid nəhəngi artıq hər iki futbolçunun klubları ilə danışıqlara başlayıb.

21 yaşlı Nikolás Pas 2025/2026 mövsümündə Serie A-da 6 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə çıxış edib. 20 yaşlı Çema Andres isə bu yay 3 milyon avroya Almaniyanın “Ştutqart” klubuna keçib və cari mövsümdə bütün turnirlərdə 7 oyunda 1+1 (gol+assist) nəticəsi göstərib.

Seçilən
59
90deqiqe.az

1Mənbələr