ain.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Kürdəmirdə idarəermədən çıxan avtomobil su kanalına düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Bakı prospektində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobil əvvəlcə motosikletə çırpılıb, sonra yol kənarındakı su kanalına düşüb.
Qəza zamanı sürücü və qadın sərnişin, eləcə də motosikletin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Yunis Quliyev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.