“Yuventus”un türkiyəli futbolçusu Kenan Yıldız karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, 20 yaşlı cinah oyunçusu “Arsenal” və “Çelsi” klublarının maraq dairəsinə düşüb.
Yıldızın Turin təmsilçisi ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.
Qeyd edək ki, futbolçunun bazar dəyəri “Transfermarkt” portalının məlumatına görə, 75 milyon avrodur.