AZ

Kürdəmirdə ağır qəza: Xəsarət alanlar var - YENİLƏNİB-2

Kürdəmirdə yol qəzasında xəsarət alanların vəziyyətləri stabildir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, oktyabrın 8-i saat 08:50 radələrində Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2-si qadın, 2-si kişi olmaqla) təcili tibbi yardım avtomobili vasitəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

10:28

Kürdəmir rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəza zamanı xəsarət alanlar bir ailənin üzvləri olan Bakı və Sumqayıt sakinləri - 1946-cı il təvəllüdlü Qaraşova Məxmər Xalıqverdi qızı, 1979-cu il təvəllüdlü Qaraşov Maxsud Savalan oğlu, 1990-cı il təvəllüdlü Qaraşova Aytac Elxan qızı və 2010-cu il təvəllüdlü Qaraşov Yusif Maxsud oğludur.

09:12

Bakı-Qazax magistral yolunda baş verən avtomobil qəzasında 4 nəfər xəsarət alıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mitsubishi Pajero" markalı avtomobil həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yol kənarındaki beton dirəyə çırpılıb.

Qəza zamanı sürücü və avtomobildəki üş sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma araşdırılır.

"Cebheinfo.az" 

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr