AZ

Bu gün nişanı olacaqmış, saxlanıldı

Narkotikdən istifadəni təşviq etmək ittihamı ilə saxlanılan türkiyəli məşhur müğənni İrem Dericinin bu gün nişanı olacaqmış.

Publika.az xəbər verir ki, İrem sosial media səhifəsində bu gün sevgilisi Melih Kunukcu ilə nişanlanacağı ilə bağlı paylaşım edib.

“Mən bu qəribə insanla bu gün nişanlanıram. Allahım, sonumuzu xeyirli et”, - deyə müğənni qeyd edib.

Həmçinin jurnalist Serhat Tekin də bununla bağlı paylaşım edib və bu sözləri yazıb: "Bir anda xəbərim oldu. Bu gün nişanlanırlar".

Seçilən
56
publika.az

1Mənbələr