ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
İstanbul Vilayət Jandarma Komandanlığının Narkotiklərlə Mübarizə Şöbəsi narkotikdən istifadəni təşviq etmək ittihamı ilə İrem Derici, Dilan Polat, Hadisə və Demet Evqar kimi məşhurlara qarşı əməliyyat keçirib.
Bizimyol.info Türkiyə məybuatına istinadən xəbər verir ki, İstanbul Vilayət Baş Prokurorluğunun göstərişi ilə Vilayət Jandarma Komandanlığının Narkotiklə Mübarizə Şöbəsinin qrupları məşhur simalara qarşı narkotik əməliyyatı keçirib. Saxlanılanlar siyahısında 19 nəfər var idi. Həmin şəxslərdən bəziləri saxlanılıb, digərlərinin axtarışları davam etdirilir.
Saxlanılanların: Birce Akalay, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Duygu Özaslan Mutaf, Engin Polat, Feyza Altun, Hadise Açıkgöz, İrem Derici, Kaan Akalay, Merak Tüzünataç, Metin Aküloğlu, Kubilayd Özpirinçci, Zeynep Meriç Aral Keskin, Ziynet Sali olduqları qeyd edilir.
Məşhurlar ifadələri və qan nümunələri üçün Vilayət Jandarma Komandanlığına aparılıblar.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.