Bu ay səma həvəskarlarını iki unikal təbii ziyafət gözləyir.
Missiya.Az "Trthaber"ə istinadən xəbər verir ki, Drakonids və Orionids meteor yağışları oktyabr gecələrini işıqlandıracaq.
Qeyd edək ki, 6-10 oktyabr tarixləri arasında, xüsusilə Şimal yarımkürəsində yaşayanlar Drakonidlər meteor yağışını görə biləcəklər. Ən güclü təsir isə oktyabrın 8-i Bakı vaxtı ilə saat 23:00-da gözlənilir.
İlahə QənbərliMissiya.Az