AZ

Müsəlman kuryerlərə haram məhsulların daşınması qadağan olundu

Rusiyada müsəlman kuryerlərə halal olmayan malların daşınması qadağan olunub.

AzPost bildirir ki, bu barədə Rusiya Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası fətva verib.

Üləmalar Şurası sifariş çatdırılma sürücülərinə spirtli içki, donuz əti, qumar, büt, bütpərəst dini əşyalar və halal olmayan ət daşımağı qadağan edən fətva verib.

Bununla belə, qadağan olunmuş məhsullar təkrar emal üçün göndərilirsə, və ya kuryer içindəkilərdən xəbərsizdirsə daşına bilər. Həmçinin, əgər bağlamada icazə veriləndən artıq mal varsa, çatdırılmasına icazə verilir, lakin qadağan olunmuş hissədən əldə edilən qazancın bir hissəsi sədəqə olaraq verilməlidir.

AzPost.az

Seçilən
25
azpost.info

1Mənbələr