AZ

Serjiu Konseysaunun yeni klubu müəyyənləşib

style='margin-bottom:10px;'>

Portuqaliyalı mütəxəssis Serjiu Konseysau Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun baş məşqçisi təyin olunub

QOL.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat verib.

Mənbənin məlumatına görə, mütəxəssislə müqavilə 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub. Onunla birlikdə məşqçilər heyətindən Juan Koşta, Siramana Dembele, Fabio Mora, Diamantino Fiqeyredu, Vedran Runye və analitik-məşqçi Eduardu Oliveyra da Səudiyyə Ərəbistanına yollanacaqlar.

Serjiu Konseysaunun son klubu İtaliyanın “Milan” komandası olub. O, bu ilin 29 mayında vəzifəsindən azad edilib.

Seçilən
17
4
teleqraf.com

8Mənbələr