AZ

Saçlarımızda niyə kəpək yaranır?

Saçda kəpək yalnız estetik problem yaratmır, eyni zamanda saç dərisinin sağlamlığını da təsir edir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər saçda kəpəyin yaranmasının bir neçə əsas səbəbini vurğulayır.

Yağ balansının pozulması və göbələk artımı:Saç dərisində normalda yaşayan “Malassezia” adlı göbələk, dəridə artıq yağ toplandığında çoxalır və pulcuqlanma ilə nəticələnir.

Quru dəri və iqlim şəraiti:Soyuq hava, çox isti duş və ya quru mühit saç dərisini qurutduqda kiçik pulcuqlar yaranır.

Saç baxımı və məhsul seçimi:Yanlış şampun, saç kremi və sprey istifadəsi dərini qıcıqlandıra və kəpək riskini artıra bilər.

Hormonal dəyişikliklər və stress:Puberta, hamiləlik və stress dəridə yağ ifrazını artıraraq kəpək yarada bilər.

Qidalanma və həyat tərzi:B vitamini, sink və zülal çatışmazlığı, həmçinin çox yağlı və şəkərli qidalar kəpəyin yaranmasına şərait yaradır.

Tibbi səbəblər:Sedef, ekzema və dermatit kimi dəri xəstəlikləri də kəpəyə yol aça bilər.

Mütəxəssislər saç dərisinin sağlam qalması üçün düzgün baxım, balanslı qidalanma və uyğun məhsulların istifadəsinin vacib olduğunu bildirirlər.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
80
e-saglam.az

1Mənbələr