AZ

Mövsüm dəyişdi, dəriyə qulluq necə olmalıdır?

Dəri sağlamlığını qorumaq üçün təkcə gündəlik qulluq deyil, eyni zamanda mövsümə uyğun dəri baxımı da önəm daşıyır.

 

Pravda.az bildirir ki, havanın temperaturu və rütubət səviyyəsindəki dəyişikliklər dərinin ehtiyaclarını birbaşa təsir edir.

 

Hər fəsil üçün fərqli dəriyə qulluq rutini tətbiq edilməlidir. Məsələn, yay aylarında günəş şüalarına qarşı güclü qoruma və yüngül nəmləndiricilər ön plana çıxarkən, qış aylarında isə daha zəngin teksturlu kremlərlə dərinin nəm balansını qorumaq vacibdir.

 

Payız və yaz keçid mövsümləri olduğu üçün dəridə quruluq, həssaslıq və ləkə problemləri daha çox müşahidə edilir. Bu dövrlərdə yumşaq təmizləyicilər, pilinq və antioksidant əsaslı serumlarla dərini yeniləmək tövsiyə olunur.

 

SPF tərkibli məhsullar yalnız yayda deyil, ilin bütün fəsillərində istifadə edilməlidir. Günəş şüaları dərin yaşlanmasına və ləkə əmələ gəlməsinə səbəb ola bilər. Mövsüm fərq etmədən qoruyucu istifadə olunmalıdır.Bundan əlavə, düzgün qidalanma, bol su istehlakı və dəri tipinə uyğun məhsul seçimi də sağlam dəri üçün  əhəmiyyət daşıyır.

 

Əminə Bayramova

Tarix: 7 Oktyabr 2025, 17:38   
Seçilən
57
pravda.az

1Mənbələr