AZ

Azərbaycan Kubokunda tarixi matçı “Qarabağ” qazandı

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilir.

Arena.az xəbər verir ki, sonuncu oyun gününün ilk qarşılaşması Xankəndi şəhərində baş tutub.

Ağdamın “Qarabağ” komandası uzun illər sonra adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə oyuna çıxıb. Bu oyunda “Qarabağ”ın rəqibi işğal altındakı torpaqlarımızı azad edən Azərbaycan ordusunun mənsub olduğu Müdafiə Nazirliyinin komandası – Mərkəzi Ordu İdman Klubu (MOİK) olub.

Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun kimi tarixə düşüb. Prezident İlham Əliyevin də canlı izlədiyi, hətta top ilk rəmzi toxunuşu etdiyi qarşılaşmada uzun müddət qapılara qol vurulmayıb. Ağdam təmsilçisi yalnız təzminat dəqiqələrində vurduğu yeganə qol sayəsində bu oyundan qalib ayrılıb və 1/4 finala yüksəlib.

1/8 final mərhələsinin sonuncu qarşılaşması isə Bakıda “Neftçi” ilə “Qaradağ Lökbatan” arasında baş tutacaq. Bu oyuna saat 18:00-da start veriləcək.

Xatırladaq ki, əvvəlki günlərdə “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail” və “Zirə” də Azərbaycan Kubokunda 1/4 finala vəsiqə qazanmışdı.

Azərbaycan Kuboku
1/8 final
21 dekabr

“Qarabağ” – MOİK 1:0
Qol: Nəriman Axundzadə, 90+5.
Hakimlər: Əli Əliyev, Şirmamed Mamedov, Taleh Məmmədov, Kamal Umudlu.
Xankəndi. Şəhər stadionu.

Qarabağ: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 4. Rahil Məmmədov, 13. Bəhlul Mustafazadə (k), 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 2. Mateus Silva, 19. Redon Cica.
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzya, 11. Adama Diakabi, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

MOİK: 1. Zeynal Əhmədzadə, 17. Sabir Allahquliyev, 6. İsa Zeynallı (k), 3. Nicat Əskərov, 4. Ülvi İbazadə, 97. Fərid Abbaslı, 77. Elmir Rəhimzadə, 8. Ramil Orucov, 10. Xəyal Bədirov, 20. Nurlan Bayramov, 11. Elvin Vəliyev.
Ehtiyat oyunçular: 35. Məhəmməd Qurbanov, 12. Ayxan Qocayev, 44. Samir İbrahimov, 26. Elşən Veysov, 9. Cavidan Abbaszadə, 33. Raul Musayev, 66. Elçin Bayramov, 27. Nihad Ağayev, 38. Həsrət Mürsəlov, 30. Murad Musayev.
Baş məşqçi: Qəzənfər Abbasov.

Seçilən
363
1
arena.az

10Mənbələr