AZ

Bakıda bu tarixi bina söküləcək? AÇIQLAMA

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Sosial mediada Bakı şəhəri, Rza Quliyev küçəsində yerləşən tarixi binanın söküləcəyi ilə bağlı məlumatlar yayılıb.

Milli.Az xəbər verir ki, binanın üzərində söküntü işarələrinin olduğu bildirilir.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, 1903-cü ildə inşa edilmiş və qeyd olunan ünvanda yerləşən yaşayış binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib:

"Bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dəfələrlə vurğulanıb ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir".

Asya

Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
news.milli.az

9Mənbələr