AZ

Ümrə vizası olmadan ümrə etmək olacq - Səudiyyə Həcc Nazirliyi

BAKI,TurkicWorld

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bildirib ki, ölkəyə etibarlı vizası olan bütün müsəlmanlara Ümrə ibadətini yerinə yetirməyə icazə verilib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu haqda Nazirliyin “X” platformasında yayımladığı açıqlamada qeyd olunub.

“Səudiyyə Ərəbistanını ziyarət etməyi və Ümrə ibadətini yerinə yetirməyi planlaşdırırsınız? Artıq istənilən növ giriş vizası ilə Ümrə mərasimlərini icra edə bilərsiniz.”-deyə nazirliyin rəsmi “X” platformasında qeyd edilib.

Nazirlik vurğulayıb ki, bu qərar Allahın qonaqları üçün Ümrə ziyarətini asanlaşdırmaq məqsədi daşıyır və bütün vizə növlərinə şamil edilir.

Buraya aşağıdakılar daxildir:şəxsi və ailəvi ziyarət vizaları,tranzit və ya dayanmadan keçid vizaları,iş vizaları,turist e-vizaları və digər etibarlı vizə növləri.

Ümrə vizası artıq “Nusuk Umrah” platforması ilə onlayn əldə edilə bilər.

Nazirlik açıqlamasında bildirib ki, Ümrə səyahətini planlaşdıranlar “Nusuk Umrah” adlı rəqəmsal platformaya daxil olaraq uyğun ziyarət paketini seçə və Ümrə vizasını dərhal onlayn şəkildə əldə edə bilərlər.

Yeni qərar Səudiyyə Ərəbistanının zəvvarlar üçün səyahət və ibadət prosedurlarını sadələşdirmək, xidmətləri daha əlçatan etmək və “Vision 2030” strateji hədəflərinə uyğun dini turizmi inkişaf etdirmək səylərinin bir hissəsidir.
Nazirlik əlavə edib ki, bu addım Krallığın bütün dünyadan gələn müsəlmanların Ümrə ibadətini sülh və rahatlıq şəraitində yerinə yetirmələrinə şərait yaratmaq öhdəliyini əks etdirir.

Seçilən
24
turkic.world

1Mənbələr