AZ

Azərbaycanda 199 aktiv alman şirkəti fəaliyyət göstərir

Azərbaycan və Almaniya arasında möhkəm iqtisadi əlaqələr formalaşıb və artıq hüquqi çərçivə təxminən 80 sazişi əhatə edir.

Bunu iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakıda keçirilən Almaniya-Azərbaycan ixracat və maliyyə konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, hazırda 2025–2026-cı illəri əhatə edən birgə Yol Xəritəsi həyata keçirilir. Bu sənəd müntəzəm biznes dialoqunu, beynəlxalq sərgilərdə birgə iştirak və prioritet sahələr üzrə bilik mübadiləsini nəzərdə tutur.

Nazir müavini iki ölkə arasında biznes əlaqələrinin mühüm və artan xarakter daşıdığını bildirib. Qeyd olunub ki, cari ilin 1 oktyabr tarixinə Azərbaycanda 199 aktiv alman şirkəti fəaliyyət göstərir. 1995–2024-cü illər ərzində Almaniyadan Azərbaycana yatırılan 900 milyon ABŞ dollarından çox investisiyanın 94 faizi qeyri-neft sektoruna yönəlib. Eyni dövrdə Azərbaycan tərəfindən Almaniyaya yatırılan investisiyaların həcmi 600 milyon dolları ötüb. 2025-ci ilin yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 1 milyard dollardan çox olub ki, Almaniya Azərbaycanın ilk beş ticarət tərəfdaşı arasında yer alıb.

Seçilən
70
1
vergiler.az

2Mənbələr