ain.az bildirir, Idman.biz portalına istinadən.
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Çexiya - Azərbaycan oyununun təyinatları açıqlanıb.
İdman.biz xəbər verir ki, qarşılaşma Şimali Makedoniyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşü FIFA referisi Yovan Kaçevski idarə edəcək.
Ona Daniel Vasilevski ilə Aleksandar Georgieski kömək göstərəcək. Dördüncü hakim funksiyasını Krumislav Georgiev yerinə yetirəcək.
Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, saat 20:00-da Karvina şəhər stadionunda start götürəcək.
İdman.biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.