BAKI, 7 oktyabr. TELEQRAF
Bank sektorunun mənfəətindəki azalma əsasən ehtiyatların artması ilə əlaqədardır.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə Maliyyə sabitliyinə həsr olunan mətbuat konfransında bildirib.
"Bank sektorunun dayanıqlılığını təmin edən əsas amil kapital adekvatlığıdır və bu göstərici hazırda təxminən 18 faiz səviyyəsindədir."- deyə o qeyd edib.