AZ

İsveçdə cinayət məsuliyyəti 15 yaşdan 13 yaşa endirilir


İsveçin Evle şəhərində 13 yaşlı yeniyetmənin şübhəli bilindiyi kütləvi atışmadan sonrahökumət ağır cinayətlərə görə cinayət məsuliyyəti yaşını 15-dən 13-ə endirməyə hazırlaşır. Baş nazir Ulf Kristersson bildirib ki, bu hadisə yeniyetmə cinayətkarlığına qarşı tədbirlərin sərtləşdirilməsini zəruri edir. Lakin bu addım 26 böyük prokurorun kəskin tənqidinə səbəb olub. Onlar xəbərdarlıq edirlər ki, belə bir dəyişiklik hüquqi qeyri-müəyyənlik yaradacaq və ədalət prinsiplərini sarsıdacaq.

İsveçin Baş naziri isə bütün bunlara baxmayaraq həyatın çətin qərarlarla dolu olduğunu və mütəşəkkil cinayətkarlıqla mübarizənin yeni, daha qətiyyətli üsullar tələb etdiyini deyib.

Mətləb Saslahov

Seçilən
72
baki-xeber.com

1Mənbələr