Demokrat.az saglamolun.az-a istinadən xəbər verir ki, tədqiqatda 21 mindən çox hipertoniya xəstəsi iştirak edib. İştirakçılar təsadüfi olaraq iki qrupa bölünüb: biri səhər, digəri isə axşam dərman qəbul edib. Onlar illərlə izlənilib və ürək tutması, insult və ölüm halları müqayisə olunub.
Nəticə gözlənildiyi kimi sadə olmayıb: axşam qəbulun səhərdən əhəmiyyətli üstünlüyü aşkarlanmayıb. Yəni kardiovaskulyar hadisələrin tezliyi hər iki qrupda eyni səviyyədə olub. Bu, illərdir aparılan “axşam qəbul daha yaxşı qoruyur” iddialarına ciddi cavab sayılır.
Alimlər qeyd edirlər ki, bəzi xəstələrdə axşam qəbul qan təzyiqinin gecə nəzarətini yaxşılaşdıra bilər, lakin bu, hamıya aid deyil. Üstəlik, sidikqovucu tərkibli dərmanların axşam qəbul edilməsi yuxu pozğunluğuna səbəb ola bilər.
7Mənbələr
-
e-saglam.azTəzyiq dərmanını səhər, yoxsa axşam içək? ( 22160524)
-
musavat.comTəzyiq dərmanını səhər, yoxsa axşam içək? ( 22159336)
-
milli.azTəzyiq dərmanını səhər, yoxsa axşam içək? ( 22156936)
-
demokrat.azTəzyiq dərmanını səhər, yoxsa axşam içək? ( 22119925)
-
metbuat.azTəzyiq dərmanını səhər, yoxsa axşam içək? ( 22116715)
-
metbuat.azTəzyiq dərmanını səhər, yoxsa axşam içək? ( 22116718)
-
saglamolun.azTəzyiq dərmanı: Səhər yoxsa axşam içək? ( 22085968)