Çilidə keçirilən 20 yaşadək futbolçular arasında təşkil olunan dünya çempionatında qrup mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, ötən gecə baş tutan oyunlardan sonra bütün 1/8 finalçılar müəyyənləşib.
Pley-offda İspaniya, İtaliya, Fransa, Argentina, Nigeriya, Çili, ABŞ, Meksika, Yaponiya, Kolumbiya, Cənubi Afrika Respublikası, Norveç, Ukrayna, Paraqvay, Mərakeş və Cənubi Koreya yığmaları mübarizəni davam etdirəcəklər. Artıq bu gecə ilk pley-off matçı baş tutacaq.
1/8 final mərhələsinin təqvimi belədir:
7 oktyabr
23:30. Ukrayna - İspaniya
8 oktyabr
03:00. Çili - Meksika
23:30. Argentina - Nigeriya
23:30. Kolumbiya - Cənubi Afrika
9 oktyabr
03:00. Yaponiya - Fransa
03:00. Paraqvay - Norveç
23:30. ABŞ - İtaliya
10 oktyabr
03:00. Mərakeş - Cənubi Koreya