AZ

"Bu gün Qəbələdə vacib qərar qəbul ediləcək" - TDT-nin baş katibi


TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində mühüm fikirlər səsləndirib. O bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının bu gün Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşündə təşkilata daxil olmayan dövlətlərlə əməkdaşlıq üçün "TDT+" formatının təsis edilməsi ilə bağlı qərar qəbul edilməsi planlaşdırılır. SİTAT: "Təşkilatımız çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı qərar qəbul ediləcək. Üçüncü ölkələrlə əməkdaşlıq etməyə imkan verəcək "TDT+" formatı olacaq. Dərhal vurğulamaq istəyirəm, söhbət bəzi jurnalistlərin bəzən şərh etməyə çalışdığı kimi qapalı və ya hərbi bloklardan getmir. Bu, doğru deyil", - deyə o bildirib.

Mətləb

Seçilən
8
4
baki-xeber.com

7Mənbələr