AZ

QHT sədri Qərbi azərbaycanlıların tarixi taleyinə dair mövzuya diqqət çəkib

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadəyə QHT.az-a açıqlamasında qərbi azərbaycanlıların tarixi taleyinə toxunaraq bildirib ki, onların ata-baba yurdlarından deportasiya olunması xalqımızın yaddaşında silinməz izlər buraxıb.

"Əsrlər boyu Zəngəzur, Göyçə, İrəvan və digər bölgələrdə yaşayan azərbaycanlıların öz doğma torpaqlarına dönüşü təkcə humanitar məsələ deyil, həm də tarixi ədalətin bərpasıdır. Bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsinin repatriasiya prosesinə mühüm töhfə verəcək".

QHT sədri əlavə edib ki, qərbi azərbaycanlıların geri dönüşü məsələsi milli birliyimizin möhkəmlənməsi, həmrəyliyin artırılması və tarixə obyektiv yanaşmanın formalaşması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Sədrin sözlərinə görə, bu mövzuya ictimai diqqətin artırılması və beynəlxalq səviyyədə tanıdılması Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində vacib addımdır.

 

Pərvanə Fərhadqızı

Seçilən
80
qht.az

1Mənbələr