AZ

Ucar sakini hovuza düşüb öldü

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün rayonun Qaracallı kəndində baş verib.

Kənd sakini, 52 yaşlı İntiqam Vaqif oğlu Zahidov həyətində olan hovuza düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
52
heftelik.az

1Mənbələr