AZ

Valideynlərdən məktəb avtobuslarının qiyməti ilə bağlı narazılıq

Altı gündür fəaliyyətə başlayan və cəmi 10 məktəbi əhatə edən məktəb avtobusları layihəsi sosial şəbəkələrdə çoxsaylı narazılıqlara səbəb olub...

Poliqon Xəzər TV-yə istinadən xəbər verir ki, valideynlər avtobusların aylıq qiymətlərinin baha olduğunu deyirlər. Çünki bir uşaq üçün qiymət aylıq 200-250 manat arasında dəyişir.

Xırdalan şəhərindən Bakıdakı 132-134 nömrəli məktəbə gediş-gəliş aylıq qiymət 240 manat təşkil edir. Ay ərzində şagirdlərin ortalama dərsə 20 dəfə gedib gəldiklərini nəzərə alsaq, bu, Xırdalan şəhərində yaşayan şagird üçün günlük 12 manat yol xərci deməkdir. Yasamalda qalan üçün isə günlük 8.4 manat xərc yaranmış olacaq.

Təhsil eksperti Elşən Qafarov deyir ki, bu layihə yalnız əhalinin məhdud qismini əhatə edir.

Poliqon.info

Seçilən
0
4
poliqon.info

5Mənbələr